Avqustun 28-i saat 15:30-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən News365.az-a verilən məlumata görə, Kəlbəcər rayon mərkəzinə saat 14:42–14:55 radələrində intensiv leysan yağışla bərabər, diametri 10–12 mm olan dolu yağıb.
Rayonun İstisu qəsəbəsi və Alagöllər ərazisinə isə saat 15:02–15:16 radələrində diametri 15–20 mm olan dolu yağıb.
