Ev satmaq adı ilə dələduzluq etdi - Saxlanıldı

Ev satmaq adı ilə dələduzluq etdi - Saxlanıldı
17:17

Bakıda ev satmaq adı ilə dələduzluq edən şəxs tutulub.

News365.az xəbər verir ki, Binəqədi rayonunda dələduzluq etməkdə şübhəli bilinən 42 yaşlı X.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs özünü əmlakçı kimi təqdim edərək zərərçəkənin etibarından sui-istifadə edib və onun 23 min manata yaxın məbləğdə pul vəsaitini ələ keçirib.

Faktla bağlı araşdırma davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada