ABŞ Serbiyanın NIS şirkətinə sanksiyalardan azadolmanı uzadıb

ABŞ Serbiyanın NIS şirkətinə sanksiyalardan azadolmanı uzadıb
21:20

ABŞ Serbiyanın Rusiyanın əsas paya sahib olduğu NIS neft şirkətinə tətbiq edilən sanksiyalardan müvəqqəti azadolmanı sentyabrın 30-dək uzadıb.

News365.az xəbər verir ki, qərar şirkətə xam neft idxalını davam etdirməyə və Pançevo neft emalı zavodunu işlətməyə imkan verir.

Azadolmanın uzadılması Rusiyanın NIS-dəki payının satışı ilə bağlı danışıqların davam etdirilməsinə də imkan yaradır. ABŞ şirkətin fəaliyyətini Rusiyanın mülkiyyətindən çıxarılması şərti ilə sanksiyalardan azad edir. 


Sizin reklam burada
Sizin reklam burada