Bu gün saat 18:40-da metronun "Əhmədli" stansiyasında sərnişin (qadın) qatar yoluna düşüb.
News365.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, əraziyə təcili tibbi yardım briqadası çağırılıb.
Sərnişinin stansiya yolundan çıxarılması üçün müvafiq tədbirlər görülüb. Qatar yolundan çıxarılan sərnişin polisə təhvil verilib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Yüksək gərginlik bərpa edildikdən sonra qatar yola salınıb. Hadisə səbəbindən intervalda 9 dəqiqəlik yubanmaya yol verilib.