Müğənni Qumralın qızı Neslihan ali məktəbə qəbul olaraq tələbə adını qazanıb.
Sənətçi sevincini sosial media hesabında izləyiciləri ilə bölüşüb. O, qızının Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) qəbul olduğunu açıqlayıb.
Qumralın bu paylaşımı izləyiciləri tərəfindən maraqla qarşılanıb. Sənətçinin həmkarları və pərəstişkarları Neslihanı təbrik edərək ona təhsil həyatında uğurlar arzulayıblar.


