Ərdoğan CHP sədrini ikinci dəfə məhkəməyə verdi

Ərdoğan CHP sədrini ikinci dəfə məhkəməyə verdi
11 Apr 2025 23:05

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özelə qarşı daha bir məkməmə iddiası qaldırıb.

"Anadolu"un yaydığı məlumata görə, iddiaya səbəb Özelin aprelin 9-da Şişli bələdiyyəsi qarşısında etdiyi çıxışda işlətdiyi ifadələr olub.

Məlumata görə, iddia 500 min lirə məbləğində mənəvi təzminat tələbi ilə açılıb.

Xatırladaq ki, aprelin 8-də Ərdoğan Özelə qarşı oxşar iddia ilə məhkəməyə müraciət edib. Buna partiya rəhbərinin 1-ci növbədənkənar qurultay zamanı prezidenti hədəf alan haqsız ifadələri səbəb olub.


Sizin reklam burada
Sizin reklam burada