Rusiyanın Saratov vilayətindəki Engels aviabazasına kütləvi hücumlar Rusiyaya 960 milyon dollara başa gəlib. Bu fikirlər "Forbes"də dərc olunan məqalədəndir.
"Martın 20-də səhər saatlarında Ukrayna pilotsuz təyyarələri son 10 həftədə üçüncü dəfə strateji bombardmançıların yerləşdiyi Engels aviabazasına zərbələr endirmişdi. Ukrayna Baş Qərargahının məlumatına görə, partlayışlar nəticəsində Rusiyanın Ukraynaya zərbələr endirmək üçün əsas silahlarından biri kimi istifadə etdiyi X-101 qanadlı raketləri məhv edilib. Bu, təxminən 96 ədəd raket olub",- nəşr yazıb.
Tu-95 və Tu-160 bombardmançıları tərəfindən buraxılan bu raketlər 900 km uçuş məsafəsinə malikdir və 450 kq ağırlığındadır, güclü döyüş başlıqları ilə təchiz ediliblər. Baş Qərargah bu sursatların Moskva tərəfindən yaxın gələcəkdə Ukrayna şəhərlərinə hücumlar üçün hazırlandığını bildirib. Məhv edilən 96 raket Moskva yaxınlığındakı "Raduqa" zavodunda iki aylıq istehsala bərabərdir.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural