Əliallahılıqda Aşura- Tural İrfan yazır

Əliallahılıqda Aşura- Tural İrfan yazır
09:31
Ərəb Ələviliyi hər nə qədər ekstremist elementləri ilə tanınsa da, hətta etiqadda ifratçılara görə başqa İslam məzhəbləri ilə bağlı küfrdə ittiham edilsə də Məhərrəm ayı, Aşura ilə bağlı yanaşmaları mötədilə, rasionaldır. Bu inanca görə Allah İmam Əlidə təzahür edib insan özünü büruzə verib. Onun şəhadət gününü cism qəfəsindən qurtuluş kimi qəbul edib yas saxlamırlar. İmam Əlini qətlə yetirən İbn Mülcəmi də lənətləmirlər. İnanırlar ki, o tanrı olan Əlini, ilahi mənanı dünyanın əzablarından xilas etmək üçün göndərilmiş mələk funksiyalı şəxsdir və ilahi missiyanı icra edib, ilahi ssenarini təsdiqləyib. Çünki İmam Əli yaralanarkən gülümsəyib: "Kəbənin Rəbbinə and olsun ki, qurtduldum!" deyib...
Kəlimeyi-şəhadətlərində "Əlidən başqa ilah yoxdur" deyirlər. Əliaallahılıq inancında və mərasimlərdə Aşura günü baş yarmaq və ya bədəndən qəsdən qan çıxarmaq kimi ayinlər yoxdur. Bu ənənələr Nuseyrilik təliminə və İslamın ümumi prinsiplərinə zidd edilir. Nuseyrilər (Ələvilər) üçün Aşura və Məhərrəm ayı daha çox nəfsə hakim olmaq və ehsan vermək, məsələn, aşura (hədik) bişirib paylamaq kimi mənəvi dəyərlərlə anılır. Aşura günü əsasında Suriya və Livanda bu inanca mənsub icmalarda "hərisə" (ət və buğdadan hazırlanmış xüsusi xörəyi) bişirilib paylanması geniş yayılmış ənənədir. Bu, Türkiyə Ələviləri arasında da geniş yayılıb.
Mətəm günlərində bədənə əzab vermək, sinə döymək, zənc vurmaq, qan çıxarmaq, aktiv fiziki hərəkətlər mümkündür və hətta quraşdırma alətlərə əl vurulmuşdur. Qılınc, bıçaq, balta, mişar kimi kəsici alətlərə Aşura günü bitənə qədər əl vurmaq qəti qadağandır.
Əliallahılıqda mərsiyyə yox, İmam Hüseynin şəninə mədhiyyələr oxunur. Onun qorxmazlığı, qəhrəmanlığı, cəsarəti daha çox qabardılır və tərif edilir. Abbasilərin rəngi olduğu üçün qara rəngdən uzaq durulur.
Məhərrəm ayının ilk 10 günü oruc tutulur. Bu müddət ərzində mənəvi saflıq, nəfsin tərbiyəsi, səbr və dözüm ön planda olur. Aşura günü günorta oruc açılır. Buna matəm orucu deyirlər. Bəzi hallarda Aşuradan sonra 2 gün də oruc tutularaq 12 - ci günündə tamamlanır.
Aşura günü daxil olmaq üçün 3 gün anım gəlir. 40 gözlənilmir.
Tural İrfan, dinşünas

Sizin reklam burada
Sizin reklam burada