Galatasaray Rafael Leao transferində razılaşdı.
News365.az xəbər verir ki, Galatasaray Milanın portuqaliyalı hücumçusu Rafael Leaonun transferi ilə bağlı İtaliya klubu ilə razılığa gəlib.
Razılaşmaya əsasən, İstanbul təmsilçisi Leao üçün 45 milyon avro ödəyəcək və daha 5 milyon avro bonus nəzərdə tutulub.
Transferin rəsmiləşdirilməsi üçün son prosedurların tamamlanması gözlənilir.