“Şeytantepe” filmi haqqında araşdırma başlanıb.
News365.az xəbər verir ki, Diyarbəkir Cumhuriyyət Baş Prokurorluğu 8 yaşlı Narin Güranın qətli ilə bağlı hazırlanan “Şeytantepe” sənədli filmi haqqında cinayət işi üzrə araşdırma başladıb.
Araşdırmanın səbəbi sənədli filmin Narin Güran işi üzrə istintaq və məhkəmə proseslərini nüfuzdan salmağa yönəlmiş fəaliyyət kimi qiymətləndirilməsidir.
Qeyd edilib ki, araşdırma çərçivəsində filmin hazırlanmasında və maliyyələşdirilməsində iştirak edən şəxslər, eləcə də onlar arasındakı pul köçürmələri və maliyyə əlaqələri də araşdırılır.