Dünyada texnologiya müharibəsi qızışır

Dünyada texnologiya müharibəsi qızışır
13:52

Birləşmiş Ştatlar onlarla ölkəyə xəbərdarlıq edərək süni intellekt sahəsində Amerika və Çin təşəbbüsləri arasında qəti seçim etməyi tələb etməyə hazırlaşır.

"Reuters" agentliyinin tanış olduğu ABŞ Dövlət Departamentinin məktub layihəsinə əsasən, Vaşinqtonun rəhbərlik etdiyi Sİ koalisiyasına qoşulan ölkələr eyni zamanda Pekinin rəqib təşəbbüsünə tərəfdaş olarlarsa, sıralardan çıxarıla bilərlər.

Məktubun Amerikanın "Sİ imkanları haqqında Bəyannaməsi"ni imzalamış 35 ölkəyə, o cümlədən Qazaxıstan, Yaponiya, Avstraliya və Cənubi Koreyaya göndərilməsi planlaşdırılır. Vaşinqtonun xüsusi diqqətini çəkən ölkə isə həm Amerika, həm də Çin təşəbbüsünə qoşulduğu məlum olan yeganə dövlət — Qazaxıstan olub.

Sənəddə ABŞ tərəfdaşlarını "şüurlu seçim etməyə" çağıraraq, Amerika təşəbbüsündə iştirakın müəyyən öhdəliklər tələb etdiyini xüsusi vurğulayır.


Sizin reklam burada
Sizin reklam burada