11 milyardı götürüb Dubaya qaçdılar - İddia

11 milyardı götürüb Dubaya qaçdılar - İddia
16:44

Türkiyəli müğənni Mustafa Sandalın həyat yoldaşı Melis Sütşurup Sandalın adı maliyyə istintaqında hallanıb.

News365.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində Sütşurup Sandalın istintaq başlamazdan əvvəl ləğv edilən fondlardan 11 milyard 126 milyon 528 min 163 lirə çıxararaq Dubaya getdiyi iddia olunur.

İddialara görə, onun əmlakına tədbir qoyulub və barəsində xaricə çıxış qadağası verilib. Eyni zamanda Mustafa Sandalın da istintaqdan əvvəl Dubayda yaşayış icazəsi üçün müraciət etdiyi bildirilib.

Məsələ ilə bağlı açıqlama verən Mustafa Sandal iddiaları rədd edib. O, həyat yoldaşı ilə yalnız ailə münasibətinin olduğunu, maddi ortaqlıqlarının olmadığını bildirib. Müğənni Dubayda “Golden Visa”sının olduğunu və özü barədə yayılan xəbərlərlə bağlı hüquqi tədbirlər gördüyünü qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada