Polşada robotların iştirakı ilə qeyri-adi aksiya keçirilib.
News365.az xəbər verir ki, süni intellektin əmək bazarına təsiri ilə bağlı narahatlıqları gündəmə gətirmək məqsədilə təşkil olunan aksiyada robotlar ölkənin Rəqəmsal İşlər Nazirliyinin qarşısına çıxarılıb.
Aksiyanı “Democratism” adlı qeyri-hökumət təşkilatı təşkil edib. Təşkilat süni intellektin inkişafı ilə əlaqədar əmək bazarında yarana biləcək dəyişikliklərə diqqət çəkməyə çalışıb.
Son illərdə süni intellekt və robot texnologiyalarının inkişafı bir sıra sahələrdə iş proseslərinin avtomatlaşdırılmasını sürətləndirib. Bu isə bəzi peşələrin gələcəyi və işçilərin hüquqlarının qorunması ilə bağlı müzakirələri artırıb.
Robotların aksiya iştirakçısı kimi təqdim olunması texnologiyanın cəmiyyətə təsiri ilə bağlı diqqətçəkən simvolik addım kimi qiymətləndirilə bilər.