Rusiyada dəmir yoluna zərbə: qatarların hərəkəti dayandırıldı

Rusiyada dəmir yoluna zərbə: qatarların hərəkəti dayandırıldı
17:16

Rusiyanın Bryansk vilayətində dəmir yolu infrastrukturuna zərər dəyməsi səbəbindən bir istiqamətdə qatarların hərəkəti müvəqqəti dayandırılıb.

News365.az-ın “Xinhua”ya istinadən verdiyi məlumata görə, hadisə Ukraynaya aid edilən hücum nəticəsində baş verib.

Məlumata görə, insident qatarın hərəkətdə olduğu Trosna-Rjanitsa marşrutunda qeydə alınıb. Hücum nəticəsində dəmir yolu xəttinin bir hissəsinə ziyan dəyib.

Bryansk vilayətinin qubernatoru Yeqor Kovalçuk bildirib ki, hadisə nəticəsində dəmir yolu infrastrukturu zədələnsə də, ölən və ya xəsarət alan olmayıb.

Ərazidə təmir işlərinin aparılması və zədələnmiş infrastrukturun bərpası üçün xüsusi briqadalar hadisə yerinə göndərilib.

Moskva Dəmir Yolları da Rjanitsa ilə Trosna arasındakı dəmir yolu əlaqəsinin müvəqqəti dayandırıldığını təsdiqləyib.

Bu, Bryansk vilayətində son günlərdə dəmir yolu infrastrukturunda baş verən ikinci insidentdir. Bundan bir gün əvvəl də bölgədə dəmir yolu körpüsünün bir hissəsi uçub. Rusiya rəsmiləri həmin hadisənin də Ukraynaya məxsus pilotsuz uçuş aparatının hücumu nəticəsində baş verdiyini bildiriblər.

News365.az-


Sizin reklam burada
Sizin reklam burada