Çində aparılan arxeoloji araşdırmalar qədim insan növlərindən biri olan denisovalılar haqqında yeni məlumatlar ortaya çıxarıb.
News365.az xəbər verir ki, Çində aşkarlanan fosillər arasında qol sümüyünün bir hissəsi də var. Tapıntılar təxminən 200 min il əvvəl yaşamış bu insanların həyat tərzini öyrənməyə imkan verir.
Denisovalılar müasir insanın qədim qohumlarından hesab olunur. Onların qalıqları əvvəlki illərdə də Asiyanın müxtəlif ərazilərində aşkar edilib.
Yeni tapıntılar alimlərə denisovalıların fiziki xüsusiyyətlərini, gündəlik həyatını və digər qədim insan qrupları ilə əlaqələrini daha yaxşı anlamağa kömək edə bilər.
Tədqiqatçılar qeyd edirlər ki, bu insan növünün tarixi ilə bağlı hələ də cavablandırılmamış çoxsaylı suallar var.