News365.az İTV-yə istinadən xəbər verir ki, artıq ərazidəki evlər işarələnib.
Bu isə o deməkdir ki, evlərin hər biri plandadır.
Bildirilib ki, ərazidə 18 ev var və sakinlərə 2700 manatdan kompensasiya təklif olunub: “Daha sonra qərar dəyişdi, dedilər ki, evin qiymətinə əsasən hesablanacaq, bu, bizi qane edir”.
Vətəndaşlar qeyd edib ki, evlərin sökülməsi nəzərdə tutulsa da, işlərə nə zaman başlanacağı məlum deyil.
Söküləcək tikililərin yerində salınacaq layihə ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, Yeni Yasamal Məhəmməd Xiyabani küçəsi ilə Qaradağ rayonu istiqamətindəki yol birləşəcək: “Mövcud hərəkət sxeminin əsaslı şəkildə dəyişdirilməsi nəzərdə tutulur. Layihə əsasən, ərazidə tunel tipli yol ötürücüsü, dairəvi hərəkətin təşkil olduğu yol ayrıcı, eləcə də Qaradağ istiqamətinə yan yol yaradılacaq”.
Daha ətraflı videomaterialda: