Monqolustanın Qobi səhrasında tapılan qədim məməli fosili alimlərin təxminən 40 il ərzində mübahisə etdiyi bir suala aydınlıq gətirib.
News365.az xəbər verir ki, “ScienceDaily” nəşrinin məlumatına görə, təxminən 6-7 düym uzunluğunda olan heyvan dinozavrlar dövründə yaşayıb və dovşanı xatırladan görünüşə malik olub.
“Tamirkhan balcarceli” adlandırılan növün tam qorunmuş qalıqları onun müasir plasental məməlilərin birbaşa qədim qohumu olmadığını göstərib.