Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, 6 nəfər öldü

Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, 6 nəfər öldü
29 Sen 2026 17:55

Rusiya Müdafiə Nazirliyinə məxsus Tu-154 təyyarəsi Amur vilayətində qəzaya uğrayıb.

News365.az xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.

    Bildirilib ki, hadisə sentyabrın 29-da Amur vilayətinin Krasnoyanovo kəndi yaxınlığında baş verib.

    Məlumata görə, təyyarənin göyərtəsində 7 nəfər olub. Onlardan 6-sı ölüb, bir nəfər isə yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

    İlkin məlumata görə, qəzanın səbəbi təyyarədə yanacağın partlaması ola bilər.

    Qeyd olunur ki, təyyarə Rusiya Müdafiə Nazirliyinin “Ukrainka” aviabazasına məxsus olub. Hadisə yerində güclü yanğın baş verib.

    Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.


    Sizin reklam burada
    Sizin reklam burada