390 milyon illik meteorit krateri aşkarlanıb

390 milyon illik meteorit krateri aşkarlanıb
21:40

Kanadada peyk xəritəsini araşdıran həvəskar astronom təsadüfən qədim meteorit krateri aşkar edib.

News365.az xəbər verir ki, Kvebek əyalətində yerləşən dairəvi geoloji quruluşun təxminən 390 milyon il əvvəl meteorit zərbəsi nəticəsində yarandığı müəyyənləşdirilib.

Araşdırmalar zamanı zərbəyə xas süxur izləri aşkarlanıb. Kəşf Yer kürəsinin qədim kosmik toqquşmaları haqqında yeni məlumatlar verə bilər.


Sizin reklam burada
Sizin reklam burada