İranın sərnişin təyyarəsi İstanbulda SAXLANILDI

İranın sərnişin təyyarəsi İstanbulda SAXLANILDI
16:17

İranın "Caspian Airlines" şirkətinə məxsus "Boeing 737" sərnişin təyyarəsi 3 milyon avro borc tələbi əsasında İstanbul Hava Limanında məhkəmə icraçıları tərəfindən saxlanılıb.

Tehrana uçuş ərəfəsində borcla bağlı məhkəmə qərarı təqdim olunduqdan sonra reys ləğv edilib, sərnişinlər təyyarədən endirilərək terminala qaytarılıb.

Bu hadisə ABŞ-nin İran mülki aviasiyasına qarşı beynəlxalq reyslərin kəskin azalmasına səbəb olan yeni sanksiyalarının qüvvəyə minməsindən dərhal sonraya təsadüf edir.


Sizin reklam burada
Sizin reklam burada