müqaviləli hərbi qulluqçusu ölüb.
News365.az xəbər verir ki, bu barədə “Pastinfo” məlumat yayıb. Ermənistan Müdafiə Nazirliyindən nəşrə bildirilib ki, ilkin məlumata görə, müqaviləli hərbi qulluqçunun ölümünün hərbi xidmətlə əlaqəsi yoxdur.
“Qeyd olunan hadisənin Sisian (Qarakilsədə Azərbaycan hərbçisinin saxlanması ilə bağlı hadisə nəzərdə tutulur-red.) hərbi hissəsi ilə heç bir əlaqəsi yoxdur”, – deyə nazirliyin mətbuat katibi Aram Torosyan bildirib. Nazirlik qeyd edib ki, bir qayda olaraq, hərbi xidmətlə bağlı olmayan ölüm halları barədə detallı məlumat verilmir.