Alimlər onilliklər ərzində səhv tanınan həşəratın iki yeni növünü aşkarlayıblar
News365.az xəbər verir ki, avstraliyalı alimlər uzun illərdir məlum olduğu düşünülən nəhəng çubuqşəkilli həşəratın əslində fərqli növlərdən ibarət olduğunu müəyyənləşdiriblər.
Araşdırma nəticəsində iki yeni çubuq həşəratı növü təsvir edilib. Onlardan biri digər növlərdən fərqli olaraq üzərində xüsusi “qapaq” olan yumurtalar qoyur. Bu xüsusiyyət həmin həşərat qrupunda indiyədək qeydə alınmayıb.
Alimlərin fikrincə, kəşf təbiətdə hələ də elmə məlum olmayan çoxsaylı canlı növlərinin mövcud ola biləcəyini göstərir. Araşdırma həmçinin əvvəllər başqa növ hesab edilən həşəratın onilliklər ərzində yanlış təsnifləndirildiyini ortaya çıxarıb.