Dünyanın ən varlı ölkələrindən biri isveçrədə işləmək istəyirsiniz? bunun heç də asan olmadığını bilməlisiniz.
News365.az prosesi araşdırıb. Məsələn, tutaq ki, bir İsveçrə şirkəti ilə razılaşdınız. Miqrasiya idarəsi şirkətə belə suallar verir: “Bu işi sizin işə götürmək istədiyiniz Azərbaycan vətəndaşının yerinə bir isveçrəli görə bilərmi?” Əgər isveçrəli bunu edə bilmirsə: “Bəs həmin işi Avropa İttifaqı vətəndaşı görə bilərmi?” Yəni dövlət Avropadan kənardan insanların ölkəyə gəlməsini asanlıqla istəmir. Hətta ölkəyə qəbul olunsanız belə, vətəndaşlıq əldə etmək üçün ən azı 12 il orada yaşamalı və cəmiyyətin mədəniyyətinə uyğunlaşmalısınız.