Həsənov, Gülər və Çikovani Şuşada

Həsənov, Gülər və Çikovani Şuşada
01 Okt 2026 21:40

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın Baş nazirinin müavini və müdafiə naziri İrakli Çikovani Şuşada görüşüblər.

News365.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi X sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın Baş nazirinin müavini və müdafiə naziri İrakli Çikovani sabah keçiriləcək Azərbaycan-Türkiyə-Gürcüstan Müdafiə Nazirlərinin Üçtərəfli Görüşündən əvvəl Şuşa şəhəri ilə tanış olublar", - paylaşımda bildirilib.


Sizin reklam burada
Sizin reklam burada