Xırdalanda avtomobil qadını vuraraq öldürüdü

Xırdalanda avtomobil qadını vuraraq öldürüdü
01 Okt 2026 16:50

Bakı-Quba avtomobil yolunun Xırdalan şəhəri ərazisindən keçən hissəsində ölümlə nəticələnən ağır yol qəzası qeydə alınıb.

News365.az report-a istinadən xəbər verir ki, hadisə zamanı yolu keçmək istəyən 36 yaşlı Yasəmən Dadaşovanı "Ford" markalı avtomobil vurub.

Zərbənin təsirindən ağır xəsarətlər alan qadın hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada