Göydən atılır, suya düşəndə qayıq kimi hərəkət edir – qeyri-adi robot yaradıldı

Göydən atılır, suya düşəndə qayıq kimi hərəkət edir – qeyri-adi robot yaradıldı
18:40

Sinqapur alimləri havadan buraxıldıqdan sonra suya enərək küləyin köməyi ilə hərəkət edə bilən qeyri-adi robot hazırlayıblar.

News365.az xəbər verir ki, “ALBATROSS” adlanan robot eniş zamanı ağcaqayın toxumuna bənzər şəkildə fırlanaraq sürətini azaldır. Suya düşdükdən sonra isə avtomatik olaraq çevrilir və qanadlarından yelkən kimi istifadə edərək hərəkət edir. 

Sınaqlar zamanı robot 150 metr yüksəklikdən buraxılıb və suya təhlükəsiz enərək müstəqil şəkildə hərəkət edib. Tədqiqatçılar gələcəkdə texnologiyanın uzaq sularda ekoloji müşahidə, axtarış-xilasetmə və digər məqsədlər üçün istifadə oluna biləcəyini bildirirlər. 



Sizin reklam burada
Sizin reklam burada