Süni intellekt çiplərində böyük dəyişiklik vəd edən yeni texnologiya

Süni intellekt çiplərində böyük dəyişiklik vəd edən yeni texnologiya
22:40

ABŞ-ın “Volantis” şirkəti süni intellekt çiplərində məlumatların ötürülməsi problemini lazer işığı vasitəsilə həll etməyə çalışır.

News365.az xəbər verir ki, şirkətin hazırladığı texnologiya elektrik bağlantıları əvəzinə kiçik lazerlərdən istifadə etməklə prosessorla yaddaş çipləri arasında məlumat mübadiləsinə imkan verə bilər.

Şirkət bunun bir GPU ətrafında 220-yə qədər yaddaş çipinin yerləşdirilməsinə şərait yarada biləcəyini bildirir. 

Şirkət bu texnologiyanı inkişaf etdirmək üçün 88 milyon dollar investisiya cəlb edib və ilk çipini gələn il bazara çıxarmağı planlaşdırır. 



Sizin reklam burada
Sizin reklam burada