Türkiyədə İstanbul Baş Prokurorluğu tərəfindən aparılan "Hakimlər dosyesi" araşdırması çərçivəsində diqqət sənədə əlavə edilən "WhatsApp" yazışmalarına yönəlib.
Bu barədə News365.az "Haberler" nəşrinə istinadən xəbər verir.
Türkiyə Mərkəzi Hakimlər Komitəsinin (MHK) rəhbəri Ferhat Gündoğdu da daxil olmaqla, 7 şübhəlinin saxlanıldığı istintaqın detalları məlum olub.

İstintaq bəzi hakim və müşahidəçilərə qarşı mobbinq tətbiq edildiyi, rəsmi sənədlərin saxtalaşdırıldığı və hakim təsnifatları və təyinatlarında qanun pozuntularına yol verildiyi iddiaları əsasında aparılır.
Məlumata görə, istintaq çərçivəsində Ferdi Karadorukun müsadirə edilən telefonundakı görüntülər araşdırılıb və hakim siyahılarının müəyyənləşdirilməsi ilə bağlı "WhatsApp" yazışmaları aşkarlanıb.
Alican Sağlar və Ferdi Karadoruk arasında baş tutduğu bildirilən yazışmalarla yanaşı, sənəddə hakim müşahidəçiləri ilə MHK rəhbərləri arasında VAR hakimləri və siyahılara dair mesajlar da ortaya çıxıb.
Sənəddə yer alan "WhatsApp" yazışmalarında hakim siyahıları ilə bağlı maraqlı ifadələr aşkarlanıb. "Siyahıdan dörd nəfəri çıxaraq" mesajına cavab olaraq "diqqət edək, dərhal çıxarmayaq" deyə bildirilib, daha sonra isə "qopar başını, getsin" ifadəsi ilə cavab verilib.
Məsələ ilə bağlı istintaq araşdırmaları davam edir.