Bakı Slavyan Universitetinin birinci və ikinci tədris binalarının, eləcə də yataqxanasının cari təmiri ilə bağlı elan etdiyi tenderdə növbəti dəfə dəyişiklik edilib.
News365.az Teleqraf-a istiandən xəbər verir ki, hər üç düzəlişdə də təkliflərin təqdimedilmə tarixi uzadılıb.
İlk elanda təkliflərin təqdim olunması üçün son tarix aprelin 12-si, daha sonra mayın 5-i müəyyən edilsə də, satınalan şirkət müddəti mayın 16-na qədər uzadıb. Zərflərin elə həmin gün açılması planlaşdırılır.
Qeyd edək ki, tenderin dəyəri 1 milyon 842 min 327 manatdır. İştirak haqqı isə 600 manat təşkil edir