ABŞ-ın
strategiya neft ehtiyatları 319,5 milyon barrelə qədər azalaraq son onillərin ən
aşağı səviyyədən aşağı düşməsi. Fevraldan cəmi 5 ay ərzində ehtiyatlar 75
milyon barrel və ya 18% azalıb. Maraqlısı odur ki, bazara əlavə 40 milyon
barrel neft buraxılması müzakirə olunsa da, son olaraq cəmi 500 min barrel
satışı həyata keçirilib.
Sual
yaranır, niyə?
Mövzu ilə
bağlı danışan iqtisadçı Eldəniz Əmirov
deyir ki, səbəb Vaşinqtonun ehtiyatlarının daha da azaldılmasının milli enerji
təhlükəsizliyi üçün risk yaradacağını düşünməsidir:
“Digər tərəfdən,
Texas və Luizianadakı strategiyaların saxlandığı infrastrukturun uzun müddət ərzində
rezervuarın tam istifadəsində istismarı qorumaqlar də yaralanıb.
Beynəlxalq
Enerji Agentliyi qlobal bazara 400 milyon barrel neft çıxarmaq imkanı vermişdi.
Bunun 172 milyon barreli ABŞ-ın payına düşürdü. İyun ayında əldə edilən atəşkəs
bazarlarda nikbinlik yaratsa da, iyulun əvvəlində yenidən gərginləşdi.
Bir tərəfdən
də Hörmüz boğazından keçən tankerlərin sayı cəmi 24 saat ərzində 50% azalıb, yəni
yarıbayarıya düşüb. ABŞ-ın kodinasiya yolu ilə təhlükəsiz marşrutla boğazı keçən
iri gəmilərin hərəkəti idarəetmə vasitəsi ilə dayanıb.
Atəşkəsin
ilk 10 günündə Hörmüzdən neft axını normal dövrünün 80%-nə qədər bərpa
olundusa, bu həftəki hücumlardan sonra bu göstərici 70%-in altına düşdü.
ABŞ indiyədək
strateji ehtiyatlardan bazara neft buraxmaqla qlobal təklifdə yaranan
imkanlardan çox kompensasiya edirdi. İndi bu prosesin yavaşıması bazarda fiziki
neft təklifinin nə qədər olduğunu daha aydın göstərir. Bu da o deməkdir ki,
bazarda real fiziki neft qıtlığı riski var”.
News365.az