Rusiyada dəhşətli hadisə baş verib. Yerli medianın yaydığı məlumata görə, Yekaterinburqun Sortirovka mikrorayonunda naməlum şəxs yeniyetmələri balta ilə hədələyib. Hadisənin videosu Telegram kanallarında yayılıb.
"Hücum Pexotintsev küçəsindəki evlərin həyətində baş verib. Hadisə şahidləri kişinin sərxoş olduğunu iddia ediblər. Onlar əlində balta olan adamın uşaqların üzərinə getməsinin videosunu çəkiblər. Heç kimin tanımadığı şəxs yeniyetmələri balta ilə hədələyərək onları təqib edib", - "Gazeta" yazıb.
Xuliqanın aqressiv davranışına nəyin səbəb olması və hadisə şahidlərinin hüquq-mühafizə orqanlarına müraciət edib-etmədiyi məlum deyil. Xoşbəxtlikdən heç kim xəsarət almayıb.
Tural