"Barmaqlarımız tətikdə gözləyirik" - İrandan ABŞ və İsrailə gözdağı

"Barmaqlarımız tətikdə gözləyirik" - İrandan ABŞ və İsrailə gözdağı
16:41

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi ABŞ və İsrailə qarşı sərt açıqlama verib.

News365.az xarici mediaya istinadən xəbər verir ki, Əzizi sosial şəbəkə hesabında etdiyi paylaşımda İran silahlı qüvvələrinin əvvəlkindən daha hazırlıqlı vəziyyətdə olduğunu bildirib.

“Silahlı qüvvələrimiz hər zamankından daha hazırlıqlı vəziyyətdədir, barmaqlarımız tətiyin üzərindədir və ABŞ-ın və ya sionist rejimin hər hansı yanlış hesablamasını gözləyirik. Qarşılaşacaqları cavabın daha əvvəl gördükləri hər şeydən daha şiddətli və dağıdıcı olacağını bilsinlər”, – deyə Əzizi qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada