Azərbaycanlıların MÜHÜM qazanc yeri çökür - Qayıdış RİSKİ

Azərbaycanlıların MÜHÜM qazanc yeri çökür - Qayıdış RİSKİ
09:55

Rusiya iqtisadiyyatında inflyasiya riskləri əhəmiyyətli dərəcədə artıb. Bunu barəsində istefa şayiələri gəzən Rusiya Mərkəzi Bankın sədri Elvira Nabiullina deyib. O qeyd edib ki, inflyasiya riski yanacaq qiymətlərinin artması, eləcə də bu il büdcə xərclərinin planlaşdırılandan xeyli yüksək olması ilə yaradılır. Nabiullina bildirib ki, büdcə riski artıq reallaşır, lakin onun miqyası ilə bağlı qeyri-müəyyənlik qalır. O əlavə edib ki, yanacaq qiymətlərinin kəskin artması iyun ayının inflyasiyasına təsir edəcək.

Russia Economy: Top Central Banker Nabiullina Warns of More Sanctions -  Business Insider

Rosstat-ın məlumatına görə, pərakəndə satışda benzin qiymətləri ardıcıl iki həftədir ki, artır və ilin əvvəlindən bəri 6,6% yüksəlib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə ikiqat artım deməkdir. 
Məlum məsələdir ki, benzinin bahalaşması Rusiya neft emalı zavodlarına endirilən zərbələrlə bağlıdır.

Rusiya iqtisadiyyatında kollaps gözlənilirmi? Bu vəziyyət azərbaycanlıların bu ölkəni tədricən tərk etməsinə gətirib çıxara bilərmi?

Moskvada azərbaycanlıların çalışdığı bazara DRON HÜCUMU – Yaralılar var –  ÖZƏL–VİDEO

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov Musavat.com-a bildirib ki, Rusiya iqtisadiyyatı iri addımlarla uçuruma doğru gedir: “Vəziyyəti real dəyərləndirə bilən rusiyalı mütəxəssislər və rəsmilər artıq bu barədə açıq şəkildə bəyanatlar verməkdən belə çəkinmirlər. Bir sözlə, bu ölkədə prezident Vladimir Putindən başqa bütün yüksək vəzifə sahibləri Rusiyanın bu gedişlə tez bir zamanda özünü müflis elan etmək zorunda qalacağını diqqətə çatdırmağa çalışırlar. Bir tək Putin deyir ki, ölkədə hər şey yaxşıdır və iqtisadiyyat inkişaf edir”.

Fikrət Yusifov: “Putinin işğal etdiyi torpaqları geri verməkdən başqa yolu  qalmadı” - VİDEO - Primeinfo.az

Onun sözlərinə görə, Ukraynaya qarşı işğalçı müharibə başlayana, yəni 2022-ci ilin əvvəlinə qədər Rusiyada dövriyyədə 66,0 trilyon rubl olmuşdusa, 2026-cı ilin ortalarına bu rəqəm 67,8 trilyon rubl və ya 2 dəfədən çox artaraq, 133,8 trilyon rubla çatıb: “Bu dövrdə Rusiyanın iqtisadiyyatı isə cəmisi 9,5% böyüyüb ki, bu artım da tam olaraq hərbi sənaye məhsullarının istehsalı hesabına baş verib. Əgər Rusiyanın apardığı bu işğalçı müharibə yekunlaşarsa, dövriyyəyə buraxılmış əsassız pul kütləsinin taleyini həll etməyin bir mümkün yolu olacaq ki, bu da rublun denominasiyasından keçəcək. Daha sadə dildə desək, köhnə pulların sıfırları silinəcək və əvəzində dövriyyəyə yeni pullar buraxılacaq. Burada da itirən ilk növbədə vətəndaşlar və onların banklarda olan əmanətləri olacaq. Bu gün Rusiyada fəaliyyət göstərən iş adamları ölkəni kütləvi şəkildə tərk etmək istəyirlər. Təbii ki, onlar bu zaman öz kapitallarını da ölkədən çıxartmağa cəhd edirlər. İş adamlarının belə bir niyyətini aşkarlayan yerli hüquq-mühafizə orqanları dərhal onların əmlaklarına və bank hesablarına həbs qoyur və həmin vəsaitləri müharibənin maliyyələşdirilməsi üçün əllərindən zorla alırlar”.

F.Yusifov əlavə edib ki, bu günə qədər saysız-hesabsız belə faktlar mövcuddur: “Rusiyadakı Azərbaycanlı iş adamlarının da fəaliyyəti demək olar ki, çox acınacaqlı bir hala gəlib. İndi Rusiyada hər kəs sonun necə olacağını gözləməkdədir. Bu son isə çox da uzaqda deyil və olduqca qaranlıq görünür”.


Sizin reklam burada
Sizin reklam burada