Almaniya Kubokunda “Valdhof” və “Kayzerslautern” komandaları arasında keçirilən oyun zamanı baş verən iğtişaşlarda 85 nəfər xəsarət alıb.
News365.az xarici mediaya istinadla bildirir ki, hər iki klubun azarkeşləri arasında qarşıdurma yaranıb. Tərəfdarlar bir-birinə müxtəlif əşyalar, o cümlədən pirotexniki vasitələr atıblar.
Bir neçə azarkeş təhlükəsizlik baryerlərini keçərək meydana daxil olmağa müvəffəq olub.
Hadisəyə polis müdaxilə edib və bir neçə fanat saxlanılıb. Qarşıdurma zamanı 35 polis əməkdaşı məşəllərdən yaranan təsir nəticəsində yüngül xəsarətlər alıb.