ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı həyata keçirilən üçüncü zərbələr dalğası ilə bağlı rəsmi məlumat yayıb.
Hərbi əməliyyatlar zamanı İran ərazisindəki təxminən 140 hərbi hədəf sıradan çıxarılıb.
Məlumata əsasən, hücumlar zamanı qırıcı təyyarələr, pilotsuz uçuş aparatları (PUA) və Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərdən buraxılan yüksək dəqiqlikli döyüş sursatlarından istifadə olunub. Hərbi hədəflərin məhv edilməsi prosesində hədəflərin dəqiqliyinə xüsusi diqqət yetirildiyi bildirilir.