Bakı Slavyan Universitetində (BSU) 2026-2027-ci tədris ilindən etibarən erməni dili tədris ediləcək.
News365.az xəbər verir ki, bu barədə universitetin mətbuat katibi Səbinə Hüseynzadə məlumat verib:
"Bakı Slavyan Universitetinin Elmi Şurasının qərarına əsasən erməni dilinin tədrisi növbəti illərdə nəzərdə tutulur".
Xatırladaq ki, BSU-nun rektoru Anar Nağıyev ötən il verdiyi açıqlamada bildirmişdi ki, 2026-2027-ci tədris ilindən etibarən universitetdə erməni dili fənninin tədrisi planlaşdırılır.