Naxçıvan şəhərinin bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
News365.az xəbər verir ki, bu barədə Naxçıvan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar 26 avqust tarixində saat 11:30-dan işlər yekunlaşanadək N.Naxçıvani küçəsinin, saat 15:00-dan isə işlər başa çatanadək Əliabad qəsəbəsinin qaz təchizatı dayandırılacaq.