ABŞ kəşfiyyat rəhbəri Moskvaya niyə getmişdi? - Kreml açıqladı

ABŞ kəşfiyyat rəhbəri Moskvaya niyə getmişdi? - Kreml açıqladı
11:34

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin Moskvaya səfərinin məqsədi “xüsusi xidmət orqanları arasında təmaslar” olub.

News365.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov The Washington Post qəzetinə açıqlamasında bildirib. Daha sonra Peskov açıqlamasında Retkliff ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş və ya təmasın planlaşdırılmadığını deyib.

“Putinlə təmaslar planlaşdırılmayıb”, - Kremlin sözçüsü bildirib.

Retkliffin Rusiya paytaxtına səfəri barədə bir gün əvvəl CBS telekanalının müxbiri Cennifer Ceykobs və Axios nəşrinin jurnalisti Barak Ravid məlumat yayıblar. Con Retkliff 2025-ci il yanvarın 23-dən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsini tutur. Bundan əvvəl, 2020-ci ilin mayından 2021-ci ilin yanvarınadək ABŞ Milli Kəşfiyyat Direktorunun rəhbəri olub.

Retkliff ABŞ tarixində həm MKİ-yə, həm də Milli Kəşfiyyat Direktorluğuna rəhbərlik edən ilk şəxsdir.

O, “Milli Təhlükəsizlik” medalı və ABŞ Müdafiə Nazirliyinin “Görkəmli Dövlət Xidməti” medalı ilə təltif olunub.


Sizin reklam burada
Sizin reklam burada