ABŞ İrana 2 ay vaxt verdi - Kremldən açıqlama

ABŞ İrana 2 ay vaxt verdi - Kremldən açıqlama
21 Mar 2025 20:00

Rusiya İran rəhbərliyinin nüvə silahı əldə etmək planlarının olmadığını bəyan edən açıqlamalarına əsaslanır. Biz İranın nüvə silahı əldə etmək niyyətində olmadığı barədə verdiyi açıqlamalardan çıxış edirik.


News365.az xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.


O bildirib ki, İranın belə planları yoxdur və belə açıqlamalar dəfələrlə səsləndirilib.


Peskov vurğulayıb ki, İran öz dinc atom sektorunu beynəlxalq hüquq çərçivəsində inkişaf etdirir.


Qeyd edək ki, “Axios” portalı ABŞ Prezidenti Donald Trampın İrana nüvə proqramı ilə bağlı yeni saziş bağlamaq üçün iki ay vaxt verdiyini yazmışdı


Sizin reklam burada
Sizin reklam burada