Birləşmiş Ştatların qlobal iqtisadiyyatda liderliyini qoruması və tarixi yüksəlişi birbaşa kapitalizm və azad bazar prinsipləri ilə bağlıdır.
News365.az xəbər verir ki, bu barədə ABŞ-ın tanınmış iqtisadi müşaviri Kevin Bredi "Fox Business" telekanalına müsahibəsində bildirib.
K. Bredi Amerikanın vaxtilə kiçik koloniyalardan dünyanın ən zəngin supergücünə çevrilməsinin arxasında "azad insanlar və azad bazarlar" faktorunun dayandığını vurğulayıb. Onun sözlərinə görə, iqtisadi azadlıq təkcə fərdlərə və kiçik biznesə deyil, bütöv bir nəslin rifahına xidmət edir.
İqtisadi müşavir dövlətin bazara müdaxiləsinin minimuma endirilməsinin vacibliyini önə çəkib:
"İqtisadi inkişaf və rifah hökumətin müdaxiləsi olmadan azad ticarət, sərbəst alış-satış və rəqabət mühitindən asılıdır. Təəssüf ki, hazırda dünyada baş qaldıran yeni sosializm dalğası fonunda bu fundamental prinsiplər unudulmaqdadır".
Qeyd edək ki, Kevin Bredinin iqtisadi azadlıqların qorunması ilə bağlı xəbərdarlığı ABŞ mediasında geniş rezonans doğurub.