BDU müəlliminin həyat yoldaşından şok açıqlama: “O, bir rektorun qurbanı oldu”

BDU müəlliminin həyat yoldaşından şok açıqlama: “O, bir rektorun qurbanı oldu”
14:32

Bakı Dövlət Universitetinin (BDU) müəllimi Nəriman Süleymanovun qəfil vəfatı ilə bağlı yeni açıqlama verilib. Onun həyat yoldaşı, jurnalist Şərəf Cəlili hadisənin baş verdiyini təsdiqləsə də, ölümün səbəbləri ilə bağlı diqqətçəkən ifadələr işlədib.

News365.az xəbər verir ki, Ş.Cəlili yayılan məlumatın doğru olduğunu təsdiqləyərək bildirib:

“İnformasiyanı bilirsiniz, xəbər doğrudur. O, bir rektorun qurbanı oldu”.

Jurnalist hadisənin təfərrüatlarını hələlik açıqlamaq istəmədiyini qeyd edib. Bununla yanaşı, məsələnin araşdırılması baxımından diqqətçəkən məqama işarə edərək əlavə edib:

“Sərəncama diqqət edin, bu barədə sonra açıqlama olacaq”.

Ş.Cəlilinin bu açıqlaması BDU müəlliminin vəfatı ilə bağlı əlavə suallar yaradıb. Hadisənin təfərrüatlarının və sözügedən sərəncamın hansı məqamlarla bağlı olduğunun sonrakı açıqlamada aydınlaşacağı gözlənilir.


Sizin reklam burada
Sizin reklam burada