Türkiyəyə qar yağdı

Türkiyəyə qar yağdı
15:15

Türkiyənin Ardahan–Posof avtomobil yolu üzərində yerləşən İlqar Dağı ərazisinə yazda qar yağıb. 

News365.az xəbər verir ki, bölgədə yağan güclü qar səbəbindən yol kənarındakı lövhələr qar altında qalıb. 

Aprel ayının son günləri olmasına baxmayaraq, fasilələrlə yağan qar gündəlik həyata mənfi təsir göstərir.

Xüsusilə Ardahan–Posof yolunun 2550 metr hündürlükdə yerləşən İlqar Dağı keçidində qarın qalınlığı yüksək səviyyəyə çatıb.


Sizin reklam burada
Sizin reklam burada