Livanın Səhiyyə Nazirliyi ölkənin cənub bölgələrində İsrailin həyata keçirdiyi hava hücumları ilə bağlı yeni məlumat yayıb.
News365.az xəbər verir ki, nazirliyin “X” sosial şəbəkəsində paylaşdığı açıqlamaya görə, ötən sutka ərzində yaşayış məntəqələrinə endirilən aviazərbələr nəticəsində 15 nəfər həyatını itirib, 70 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bildirilib ki, martın 2-dən etibarən davam edən hərbi gərginlik fonunda ümumi itkilərin sayı artmaqda davam edir. Rəsmi rəqəmlərə əsasən, indiyədək ölənlərin sayı 3 711-ə, yaralananların sayı isə 11 483-ə yüksəlib.
Məlumatda həmçinin qeyd olunub ki, Tir şəhəri və ətraf ərazilərdə axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Qurumlar günün sonunadək itki sayında artım ehtimalının istisna olunmadığını bildirirlər.
News365.az