İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyik.
News365.az xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu İranın nüvə silahı əldə etməsinə qətiyyən imkan verməyəcəklərini bildirib.
O, bu açıqlamanı Tehran və Vaşinqton arasında mümkün razılaşma ilə bağlı yayılan xəbərlərin fonunda səsləndirib. Netanyahu vurğulayıb ki, İsrail İranın nüvə proqramına qarşı mövqeyindən geri çəkilməyəcək.