ABŞ Prezidenti Donald Tramp Qətər, BƏƏ və Pakistan rəsmilərinin İranla razılaşmanın yaxın olduğu barədə verdiyi təminatlardan sonra cümə gününə keçən gecə İrana zərbə endirmək planından imtina edib
News365.az xəbər verir ki, bu barədə "Politico" qəzeti Tramp administrasiyasından iki rəsmiyə və danışıqlardan məlumatlı bir diplomata istinadən yazıb.
Tramp cümə gününə keçən gecə ABŞ-nin İrana qarşı “çox güclü” zərbələr endirəcəyini bəyan etsə də, daha sonra bombardmanın ləğv edildiyini açıqlayıb.
Nəşrin məlumatına görə, Prezident Donald Tramp cümə axşamı səhər saatlarında İrana qarşı “bu gecə çox güclü zərbələr” endiriləcəyini yazdıqdan qısa müddət sonra Fars körfəzi və Cənubi Asiya ölkələrinin liderləri ona zəng edərək qərarını dəyişdirməyə çalışıblar.
Məqalədə qeyd olunur ki, həmin liderlər Trampa İranla ilkin razılaşmanın əldə olunmasının artıq çox yaxın olduğunu bildirərək hərbi əməliyyatdan çəkinməyə çağırıblar.