Kaja Kallasın açıqlaması Aİ-nin rəsmi mövqeyindən fərqlənib

Kaja Kallasın açıqlaması Aİ-nin rəsmi mövqeyindən fərqlənib
19:30

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallasın İsrailin fələstinlilərə münasibətini Cənubi Afrikadakı aparteid sistemi ilə müqayisə etdiyi iddia olunur.


News365.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.


Bildirilib ki, Kallas sözügedən fikirləri Meksikada keçirilən qapalı görüşlər zamanı səsləndirib. Məlumata görə, bu mövqe Aİ-nin rəsmi yanaşmasından fərqlənir. Belə ki, Avropa İttifaqı İsrail-Fələstin münaqişəsinin iki dövlətli həllini dəstəkləsə də, İsraili rəsmi şəkildə “aparteid dövləti” kimi xarakterizə etmir.


Məsələ ilə bağlı Aİ tərəfindən hələlik rəsmi açıqlama verilməyib.



Sizin reklam burada
Sizin reklam burada