Tanınmış pediatr Azər Əhmədova yeni vəzifə verilib.
News365.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Məlumata görə, o, “Universal Hospital”ın Tibb Xidmətləri üzrə direktoru təyin edilib.
Qeyd edək ki, A.Əhmədov bundan əvvəl Respublika Pediatriya Mərkəzinin direktoru vəzifəsində çalışıb. O, mayın 12-də vəzifəsindən azad olunub.
Həkim daha əvvəl K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda direktor müavini vəzifəsində işləyib.