XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin 25 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
Milli Məclisin sabiq deputatı, fəlsəfə elmləri doktoru Etibar Əliyev sosial şəbəkə hesabında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi Arif Qaraşova məxsus mərkəzin fəaliyyəti ilə bağlı iddia ilə diqqət çəkib.
"Bu pul yığmaq mərkəzi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi Arif Qaraşova məxsusdur. Bizdə belədir: Yüksək vəzifə tutan məmurların bir qismi çox hiyləgər olurlar. Orta özəl təhsilin necə böyük gəlirlər gətirdiyini anlayıb, dövlətdən qamarladıqları pulların hesabına liseylər və mərkəzlər yaradırlar. Məsələn, yoldaş Qaraşov kimi…
İllik təhsil haqqı 10-15min manat olan özəl məktəblər Azərbaycan cəmiyyəti üçün heç bir fayda gətirmir. Bunun üçün sadə bir təhlil aparmaq yetərlidir", - Etibar Əliyev qeyd edib.