Trampın sözlərinə görə, ABŞ silahı İranda yaşayan və hakimiyyəti dəstəkləməyən kürdlərə verib, lakin "onlar silahı başqalarına ötürmək əvəzinə özləri üçün saxlayıblar".
Bu hadisə tarixi bir faktı yadıma saldı. Sizlərə nadir sənəd təqdim edirəm .Türkiyə Daxili İşlər Nazirliyi. Urfada olan xüsusi şöbəsinin Baş Qərargaha 24 yanvar 1937-ci ildə göndərdiyi sənəddir.
Sənəddə yazılır :
"Bir neçə gün əvvəl Hasiçədən [müasir Suriyanın Əl-Həsəkə şəhəri] kürd qəbilə başçısı Hajonun yanına erməni və ərəb liderləri gəlib.
Kürd qəbilə başçısı Hajonun sədrliyi ilə onlar iclas keçirib və Suriyanı qorumaq məqsədilə türklərə qarşı silahlı dəstələr təşkil etmək qərarına gəliblər.
Onlar, həmçinin Fransanın onlara silah verəcəyi barədə razılığa gəliblər.
Bu razılaşma əsasında könüllülərin qeydiyyatına başlanılıb.
Bundan əlavə, Türkiyədən qaçan ermənilər və kürdlər bu dəstələrə böyük maraq göstərirlər.
Bu dəstələrin maliyyələşdirilməsi üçün həmin xalqların varlı şəxsləri tərəfindən xüsusi komitə yaradılıb"
1937-ci il Türkiyə ilə Suriyanı idarə edən Fransa arasında Hatay ətrafında gərginlik var idi və Türkiyə bu bölgəni özünə birləşdirmək üçün diplomatik və hərbi təzyiqləri artırmışdı.
Fransa isə Türkiyənin bu təzyiqlərinə qarşı Suriyanın şimal-şərqində məskunlaşan və Türkiyəyə müxalif olan kürd və erməni qruplarından təzyiq vasitəsi kimi istifadə etməyə çalışırdı.
Sənəddə adı keçən Hajo Ağa Suriyada qurulmuş "Xoybun" adlı kürd millətçi təşkilatının ən aktiv rəhbərlərindən biri idi. Bu təşkilatın əsas məqsədi Türkiyəyə qarşı fəaliyyət göstərmək idi və onlar bu yolda Daşnaksütun partiyası ilə rəsmi ittifaq bağlamışdılar. Yəni, sənəddəki erməni-kürd işbirliyi təsadüfi bir görüş deyil, əvvəlcədən planlaşdırılmış siyasi bir ortaqlıq idi.
Bu sənəd bir daha göstərir ki, terrorçu PKK, PJAK və digər kürd təşkilatları, ermənilər və ərəblərə heç zaman etibar və etimad göstətmək olmaz. Onlar hər zaman onlara şərait yaradanların kürəyindən bıçaq soxmağa hazırdılar
Ərdoğan və hökuməti isə öpüb gözünə qoysun erməni və terrorçu dəstələrində olan kürdləri. Tramp da, İran da, Suriya da. Axırı hər zaman belə olacaq. Kürəkdən zərbə!!
Zaur Əliyev, tarixçi