Leysan ölkənin bir sıra bölgələrini vurdu - Son vəziyyət

Leysan ölkənin bir sıra bölgələrini vurdu - Son vəziyyət
11:52

İyunun 12-si saat 11:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən News365.az-a verilən məlumata görə, iyunun 12-si saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı yerlərdə arabir şimşək çaxır, leysan xarakterli yağış yağır.

Düşən yağıntının miqdarı Kişçayda (Şəki) 27, Şahdağda 20, Daşkəsəndə 14, Sarıbaşda (Qax) 13, Göygöl, Gədəbəydə 10, Oğuzda 8, Xaltanda 7, Gəncədə 6, Zərdab, Qəbələ, Tovuz, Ağstafada 5, Şamaxı, Naftalanda 4, Bərdədə 3, Goranboy, Yevlax, Göyçay, Kürdəmir, Ağdam, Zaqatalada 2, Şəmkir, Balakən, Qobustan, Quba, Qusar, Xaçmaz, Xınalıq, Xızı, İsmayıllı, Tərtər, Mingəçevir, Sabirabadda 1 mm-dək qeydə alınıb.


Sizin reklam burada
Sizin reklam burada